
Dünyada səhiyyə sisteminin əsas göstəricilərindən biri əhalinin hər 1000 nəfərinə düşən həkimlərin sayıdır.
Yeniavaz.com Dünya Bankı və OECD-nin ən son mövcud məlumatlarına istinadən xəbər verir ki, inkişaf etmiş Avropa ölkələrində hər 1000 nəfərə orta hesabla 5 və daha çox həkim düşdüyü halda, bəzi Afrika dövlətlərində bu rəqəm 0,1-dən də aşağıdır.
Qeyd edək ki, dünyada əhalinin hər 1000 nəfərinə düşən həkim sayına görə ilk sırada Kuba qərarlaşıb. Bu ölkədə əhalinin hər 1000 nəfərinə 9,5 həkim düşür.
Kubadan başqa ən yüksək göstəricilər əsasən Avropa ölkələrində qeydə alınıb. Siyahıya Yunanıstan (6,6), Portuqaliya (5,9), Avstriya (5,5), Norveç (5), Litva (5,1), İsveçrə (4,5), Almaniya (4,5) və İspaniya (4,3) kimi ölklər ön sıralarda yer alıb.
Ən aşağı göstəricilər isə əsasən Afrika ölkələrində müşahidə olunur. Hər 1000 nəfərə düşən həkim sayı Nigerdə 0,04, Çadda 0,05, Cənubi Sudanda 0,06, Somalidə 0,07, Liberiyada 0,08, Efiopiyada 0,10, Uqandada 0,11, Tanzaniyada 0,14, Benində 0,16 və Madaqaskarda 0,18 təşkil edir.
Onu da bildirək ki, Dünya Bankı və OECD-nin məlumatlarına görə Azərbaycanda hər 1000 nəfərə təxminən 3,2 həkim düşüb. Bu göstərici dünya orta səviyyəsindən yüksək olsa da, bir sıra Avropa ölkələrinin gerisində qalır.
Keçmiş SSR və qonşu ölkələr arasında əhalinin hər 1000 nəfərinə düşən həkim sayı aşağıdakı kimidir:
Gürcüstan – 5,6
Rusiya – 5,1
Belarus – 4,7
Litva – 4,5
Moldova – 4
Qazaxıstan – 3,8
Estoniya – 3,5
Ukrayna – 3,5
Latviya – 3,4
Ermənistan – 3,4
Azərbaycan – 3,2
Özbəkistan – 2,8
Türkiyə – 2,2
Türkmənistan – 1,9
Tacikistan – 1,9
İran – 1,8
Qırğızıstan – 1,6
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz