Messi ilə Nəriman Axundzadənin komandaları arasında görüş heç-heçə ilə yekunlaşıb


ABŞ-nin MLS Liqasında “İnter Mayami” doğma meydanda “Kolumbus Kryu”nu qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, “Kolumbus Kryu”da oynayan Azərbaycanlı futbolçu Nəriman Axundzadə qarşılaşmanın iştirak ərizəsinə daxil edilmədiyi üçün meydana çıxmayıb. Bu səbəbdən onun “İnter Mayami”də oynayan Lionel Messi ilə eyni üz-üzə gəlmək imkanı baş tutmayıb.
Qeyd edək ki, Lionel Messi isə oyuna ikinci hissədə daxil olub. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top