Ermənistan hökuməti istefa verdi – Paşinyan ərizəni imzaladı


Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin istefası ilə bağlı ərizəni imzalayıb və sənəd Ermənistan Prezidentinə göndərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Paşinyan yayımladığı videoda bildirib.
Paşinyan qeyd edib ki, bu addım Ermənistan Konstitusiyasının 158-ci maddəsinin tələbinə uyğun olaraq atılıb. Həmin maddəyə əsasən, hökumət yeni seçilmiş Milli Məclisin ilk iclası günü istefa verir.
Baş nazir qeyd edib ki, istefa verməsinə baxmayaraq, hökumət üzvləri yeni kabinet formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Konstitusiyaya əsasən, yeni seçilmiş Milli Məclisin səlahiyyət müddəti başladıqdan dərhal sonra Ermənistan Prezidenti parlament çoxluğunun irəli sürdüyü namizədi Baş nazir təyin edir.

DİGƏR XƏBƏRLƏR

Top