AzTV və ARB-nin izlənmə sayında kəskin azalma olub – TV-lərin reytinq göstəriciləri


Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış saylarının müqayisəsi göstərir ki, 2026-cı ilin iyul ayında da ən çox izlənən kanal “Baku TV” olub.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada auditoriya aktivliyini və məzmunun effektivliyini təhlil edən “Feedspy” platformasının açıqladığı məlumata görə, “Baku TV” 65 milyon 164 min 230 baxışla ilk pillədə qərarlaşıb. Kanalın baxış sayı ötən ilin iyul ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ilin iyul ayında “Baku TV”nin ümumi baxış sayı 41 milyon 560 min 145 olduğu halda, 2026-cı ilin iyul ayında bu göstərici 65 milyon 164 min 230-a yüksəlib.
Reytinq siyahısında ikinci pillədə 24 milyon 66 min 974 baxışla “İctimai TV” yer alıb. Kanal ötən ilin eyni ayında 6 milyon 615 min 677 baxış topladığı üçün bu il kəskin artım qeydə alınıb və 8-ci pillədən 2-ci yerə yüksəlib. İlk üçlüyü isə 20 milyon 136 min 407 baxışla “ARB 24” tamamlayıb. Kanalın ötən ilin iyul ayındakı göstəricisi 32 milyon 16 min 940 olub.
Ən diqqətçəkən dəyişikliklərdən biri ATV kanalında müşahidə olunub. Belə ki, 2025-ci ilin iyul ayında 17 milyon 767 min 528 baxış toplayaraq 3-cü sırada qərarlaşan kanal, 2026-cı ilin iyul ayında baxış sayının 3 milyon 850 min 344-ə düşməsi nəticəsində 8-ci yerə geriləyib.
Bununla yanaşı, AzTV, CBC, ARB və Kanal S də baxış sayında ciddi azalma qeydə alınan kanallar sırasında yer alıb. AzTV-nin baxış sayı 17 milyon 238 min 717-dən 9 milyon 581 min 903-ə, CBC-nin baxış sayı 16 milyon 283 min 247-dən 10 milyon 389 min 863-ə, ARB-nin baxış sayı 10 milyon 784 min 429-dan 2 milyon 125 min 104-ə, Kanal S-in göstəricisi isə 502 min 375-dən 303 min 166-ya enib.
Əvəzində Xəzər TV, İdman TV, Space TV və Real TV izlənmə sayını artıran kanallar arasında yer alıb. Xəzər TV-nin baxış sayı 13 milyon 507 min 357-dən 19 milyon 303 min 272-yə yüksəlib. Space TV-nin baxış sayı 216 min 16-dan 1 milyon 11 min 225-ə, İdman TV-nin göstəricisi isə 789 min 352-dən 2 milyon 4 min 78-ə yüksəlib.
Cədvəldə son iki ilin iyul aylarında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayları təqdim olunub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top