
Azərbaycanda bank kartları arasında həyata keçirilən pul köçürmələrinə yeni limitlər tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, yeni qaydalara əsasən, avqustun 1-dən etibarən kart sahibləri gün ərzində maksimum 5 dəfə kartdan-karta köçürmə edə biləcəklər. Həmçinin, bu əməliyyatlar üzrə aylıq ümumi məbləğ 20 min manatla məhdudlaşdırılıb.
Banklar artıq müştərilərinə bu dəyişikliklə bağlı məlumatlandırıcı bildirişlər göndərməyə başlayıblar.
Qeyd olunub ki, vətəndaşların özlərinə məxsus bank hesabları arasında apardıqları köçürmələr bu məhdudiyyətlərə daxil edilmir.
Xatırladaq ki, indiyədək Azərbaycanda kartdan-karta pul köçürmələrinin sayına dair hər hansı məhdudiyyət tətbiq olunmurdu.
Tətbiqimizi yükləyə bilərsiniz