Nataşa Pirts qəzaya düşüb


Sloveniya Prezidenti Nataşa Pirts Musar Xorvatiyada keçirdiyi məzuniyyətdən ölkəsinə qayıdarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sloveniya Prezident Administrasiyasından məlumat verilib.
Bildirilib ki, qəza "Kastelec" tunelində baş verib. Dövlət başçısının kortejini müşayiət edən iki polis avtomobili toqquşub.
Qəza nəticəsində yüngül xəsarət alan Prezident Nataşa Pirts Musar xəstəxanada müayinədən keçirildikdən sonra evə buraxılıb.
Hadisə zamanı kortejdə olan şəxslərdən biri ağır, digəri isə yüngül xəsarət alıb.
Baş vermiş qəzanın səbəbləri araşdırılır. İstintaq prosesinə Sloveniya Xüsusi Dövlət Prokurorluğu da qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top