ABŞ-dən Yaxın Şərqdəki vətəndaşlarına – Xəbərdarlıq


ABŞ-nin İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirliyin “X” səhifəsində məlumat verilib.
Məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının bağlanması ehtimalına hazır olmağı tövsiyə edib.
”ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də onların təhlükəsiz olacaqları demək deyil”, - səfirlik qeyd  edib.
Səfirlik həmçinin qeyd edib ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən hücumlar həyata keçirib və hücumlarının coğrafiyasını əvvəllər hədəf almadığı ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.

DİGƏR XƏBƏRLƏR

Top