FİFA Dünya Kuboku iştirakçılarını 64 komandaya qədər artıra bilər


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Dünya Kubokunun 64 komandaya qədər genişləndirilməsi imkanlarını araşdırmaq üçün müstəqil komissiya yaratmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalının jurnalisti Rob Harris “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Harris, məlumatda əldə etdiyi FIFA sənədindən çıxarışlara istinad edir. Orada deyilir ki, komissiya bazar tələbini və bu qərarın sistemli təsirlərini qiymətləndirməlidir.
Müstəqil komissiya avqustun 7-də görüşəcək, FIFA bir həftə sonra məsələ ilə bağlı qərar verəcək və təhlilinin nəticələrini sentyabrın 11-də dərc edəcək.
Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top