
Rekord səviyyədə aşağı doğum faizi ilə əlaqdar dünyanın aparıcı iqtisadiyyatları məhv olmaq üzrədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkə səhifələrində bildirib.
“27 Aİ ölkəsindən 21-də ölüm faizi doğum faizini üstələyir. Onlar uzun müddətdir ki, yox olmağa doğru gedirlər”, - sahibkar qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Mask Avropa əhalisinin böyük yerdəyişməsinin artıq baş verdiyini bəyan etmişdi. O, Brüsseldəki uşaqların 73%-nin avropalı olmadığını yazmışdı. Bundan əlavə, sahibkar iddia edirdi ki, davam edən demoqrafik proseslərlə əlaqədar Yer kürəsinin ağdərili əhalisi məhv olmaq təhlükəsi ilə üz-üzədir.
İş adamı həmçinin Avropa İttifaqının ləğv edilməli və ayrı-ayrı dövlətlərin hökumətlərinin xalqlarını daha yaxşı təmsil edə bilməsi üçün suverenliklərini bərpa etməli olduqlarını bildirmişdi. İş adamı həmçinin, bürokratiyanın Avropanı yavaş-yavaş boğduğunu əlavə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz