Can Kolukısa vəfat etdi


Tanınmış türkiyəli aktyor Can Kolukısa vəfat edib.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, veteran aktyorun vəfat xəbəri sosial şəbəkə səhifəsində dərc edilib.
Uzun illər kino və televiziya layihələrində uğurla çıxış edən Kolukısa, xüsusilə Türk kinosunun klassik əsərlərindəki rolları ilə yadda qalıb.
Veteran aktyor “Kapıçılar Kralı", “Züğürt Ağa” və “Selamsız Bandosu” kimi filmlərdəki unudulmaz rolları ilə tanınıb.
Kinodakı uğurlarını televiziya ekranlarında da davam etdirən Kolukısa karyerası ərzində bir çox məşhur seriallardakı rolları ilə də yadda qalıb.
O, “Asmalı Konak”, “Muhteşem Yüzyıl”, “Gibi” və “İnci Taneleri” kimi seriallarda, ən son isə “Mehmed: Fetihler Sultanı” serialında rol alıb.
92 yaşında vəfat edən Can Kolukısanın dəfn mərasimi ilə bağlı təfərrüatların bu gün axşam saatlarında ailəsi tərəfindən verilməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top