İtaliyada baş verən zəlzələdə xəsarət alanların sayı artdı


İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.
Xidmət dəqiqləşdirib ki, Pozzuolidə xəsarət alanların sayı 21 nəfər, Culyano-in-Kampaniyada isə 5 nəfər olub.
Təxminən 300 nəfər təxliyə edilib, bir neçə yaşayış binası isə dağılıb.
Yanğınsöndürənlər və mütəxəssislər vəziyyəti qiymətləndirməkdə davam edirlər və xəsarət alanların sayının artması istisna deyil.
Qeyd edək ki, dünən İtaliyanın Neapol bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib . Zəlzələnin episentri Fleqrey yataqlarında təxminən 3 km dərinlikdə yerləşib. Bu ərazi, orada yerləşən vulkanik kaldera səbəbindən yüksək seysmik aktivliyi ilə tanınır.
Xatırladaq ki, bundan əvvəl hakimiyyət orqanları 21 nəfərin xəsarət aldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top