
ABŞ müharibəyə son qoymaq üçün Rusiya ilə Ukrayna arasında danışıqları yaxın həftələrdə bərpa etməyə çalışacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Rubio qeyd edib ki, Vaşinqton hər iki tərəfin kompromis əldə etmək üçün nəzərə alınmalı olan qırmızı xətləri olduğunu başa düşür.
Onun sözlərinə görə, münaqişənin hər iki tərəfinin qırmızı xətləri var və bu mövqeləri bir-birinə yaxınlaşdırmayana qədər razılığa gəlmək mümkün olmayacaq.
Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald komandasına Moskva və Kiyev arasında danışıqları asanlaşdırmaq üçün hər fürsətdən istifadə etməyi tapşırıb.
Lakin dövlət katibi Vaşinqtonun hansı konkret addımlar atmağı planlaşdırdığını və ya bunun Moskva və Kiyevlə birbaşa təmasları əhatə edib-etmədiyini dəqiqləşdirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz