“Barselona” Markus Reşfordla vidalaşdı – Rəsmi


“Barselona” hücumçusu Markus Reşfordla rəsmi olaraq vidalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, ingiltərəli futbolçu “Barselona”da icarə əsasında oynayıb və onun hüquqları “Mançester Yunayted”ə məxsusdur.
Markus Reşford isə iyulun 30-da “Barselona”dan ayrıldığını açıqlayıb.
Daha əvvəl ingilis futbolçunun “Barselona”da qalmaq üçün maaşının azaldılmasına razı olduğu bildirilirdi, lakin daha sonra Kataloniya klubunun onun transfer bəndini aktivləşdirməkdən imtina etdiyi məlum oldu.
O, hazırda mövsümə Maykl Kerrikin rəhbərliyi altında “Mançester Yunayted”də hazırlaşır. Lakin futbolçu Avropanın aparıcı klublarından birinə keçəcəyini istisna etmir.
Qeyd edək Markus Reşford ötən mövsüm “Barselona”da 49 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top