ABŞ və İsrail İranın enerji obyektlərinə genişmiqyaslı zərbələr endirməyə hazırlaşır – “CBS News”


ABŞ və İsrail münaqişə başlayandan bəri İranın enerji obyektlərinə qarşı ən böyük bombardmanlardan birini həyata keçirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar bu həftə sonu baş tuta bilər.
Telekanalın mənbələrinə görə, elektrik stansiyaları və neft emalı zavodları nəzərdən keçirilən potensial hədəflər arasındadır.
Amerika mənbələri bildirib ki, İsrail mümkün əməliyyatlar barədə məlumatlandırılıb və addımlarını Vaşinqtonla əlaqələndirir. Lakin ABŞ Prezidenti Donald Tramp hələlik əməliyyatın başlanması ilə bağlı yekun qərar verməyib.
Digər tərəfdən, cümə günü Kemp Deviddə keçirilən ABŞ Nazirlər Kabinetinin iclasında hərbi əməliyyat planları müzakirə edilib. Mənbələrə görə, Ağ Evin bəzi siyasət müşavirləri yeni eskalasiya mərhələsinə qarşı çıxıblar.
Jurnalistlərlə söhbəti zamanı Tramp Tehrana qarşı sərt tədbirlər görməyə hazır olduğunu bəyan edib.
“Biz onlara çox sərt zərbələr endirəcəyik. Bir anda onlar deyəcəklər ki, “Artıq buna dözə bilmərik”, - deyə Amerika Prezidenti bildirib.
Diplomatiyaya qayıtmaq ehtimalı ilə bağlı suala isə Tramp, “Düşünürəm ki, biz sadəcə olaraq, qalib gəlmək istəyirik”, - deyə cavab verib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə ABŞ-nin Trampın prezidentliyi dövründə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və qalib gəlmək əzmində olduğunu bildirib.
Pentaqonun mətbuay katibi Şon Parnell isə prezident son qərarı verənə qədər mümkün hədəflər barədə şərh verməkdən imtina edib. Lakin o, ABŞ ordusunun dövlət başçısının istənilən əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Telekanaln məlumatına görə, enerji infrastrukturuna zərbələr İran ordusunun və dövlətin fəaliyyətini davam etdirmək qabiliyyətini azaltmaq məqsədi daşıya bilər.

DİGƏR XƏBƏRLƏR

Top