HƏMAS İsraillə müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyini elan etdi


“Fələstin tərəfi Qəzza zolağında atəşkəs sazişi üzrə bütün öhdəlikləri yerinə yetirib və sazişin sonrakı icrası İsrailin onun şərtlərinə əməl etməsindən asılıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS-ın İrandakı nümayəndəsi Xalid əl-Qəddumi bildirib.
“Fələstin tərəfi tələb olunan hər şeyi edib, yerinə yetirilməmiş öhdəliklər]qalmayıb. İndi dünya başa düşməlidir ki, Fələstin tərəfindən başqa heç nə tələb olunmamalıdır. Bizdən tələb olunan hər şeyi etdik”, - deyə əl-Qəddumi qeyd edib.
O, Fələstin xalqının oğullarından, torpaqlarından imtina etdiyini və bir əsrdir ona qarşı davam edən müharibədə özünü müdafiə etmək üçün canını qurban verdiyini bildirib.
“Biz bu məsələyə açıq fikir və açıq ürəklə yanaşırıq, çünki Fələstin xalqının maraqlarına nail olmaq istəyirik”, - Əl-Qəddumi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top