Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı – Paylaşım


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, paylaşımda deyilir:
“Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin”.

DİGƏR XƏBƏRLƏR

Top