Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – Ən azı 9 nəfər öldü


Rusiyanın Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər yaralanıb.
Hücum nəticəsində Kiyevin beş rayonunda yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib.
Kiyev Şəhər Hərbi Administrasiyası daha sonra yaralıların sayının 28-ə yüksəldiyini bildirib. 
Şəhərin hərbi administrasiyasının məlumatına görə, Solomyanski rayonunda iki nəfər həlak olub, ikisi uşaq olmaqla səkkiz nəfər yaralanıb. Bir ünvanda beşmərtəbəli yaşayış binası qismən dağılıb və yanğın baş verib, digərində isə dayanacaqda avtomobillər yanıb. Ümumilikdə, 13 çoxmərtəbəli yaşayış binası zədələnib. Həmçinin, inzibati və qeyri-yaşayış binalarına ziyan dəyib. Üç nəfər xəstəxanaya yerləşdirilib.
Xilasedicilər yuxarı mərtəbələrdən 35 nəfəri təxliyə ediblər və yanğın söndürülüb. 
Darnitski rayonunda inzibati binada və qeyri-yaşayış binasında yanğın baş verib. Başqa bir ünvanda avtomobil yanğınları və ziyan dəymiş evlər qeydə alınıb. Yeddi nəfər ölüb, daha 14 nəfər yaralanıb, onlardan ikisi uşaqdır.
Xilasedicilər yanğınları söndürüblər.
Şevçenkivski rayonunda qeyri-yaşayış binası yanıb, nəticədə bir nəfər xəsarət alıb. Həmçinin kinostudiyanın ərazisində yanğın baş verib. Peçerski rayonunda dörd fərdi ev və yardımçı tikili, Dnepr rayonunda isə bir mağaza zərər görüb.
Zərərin miqyasının və itkilərin sayının artacağı gözlənilir.
Prokurorluq Rusiya tərəfindən müharibə cinayətinin törədilməsi ilə bağlı Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi ilə istintaqın başlandığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top