Ter Stegen “Barselona”dan gedir – “Ayaks”a keçəcək


“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu həftə sonu “Ayaks”ın yeni transferi kimi rəsmi olaraq təqdim olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist, insayder Fabritsio Romano sosial şəbəkə səhifələrində məlumat verib.
Onun sözlərinə görə, qapıçı Niderlanda səfəri edəcək. Onun tibbi müayinədən keçməsi və müqavilə imzalaması bu gün baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Ter Stegenin “Ayaks”a transferi ilə bağlı danışıqların iflasa uğradığı bildirilirdi. Bunun səbəbi kimi, tərəfləriın qapıçının maaşı ilə bağlı fikir ayrılığına düşmələri və danışıqlarda barışmaz mövqe tutmaları qeyd edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top