Dünyanın ən kiçik ada dövləti adını dəyişdi


Qərbi Sakit Okeandakı eyniadlı mərcan adasında yerləşən kiçik Nauru dövləti rəsmi olaraq adını Naoero olaraq dəyişdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC telekanalı ölkə hökumətinin bəyanatına istinadla məlumat yayıb.
“Naoero Respublikası artıq dövlətimizin rəsmi adıdır və əvvəllər Nauru kimi tanınırdı. Sakinlər dei-Naoero kimi tanınacaqlar”, - bəyanatda qeyd edilib.
Belə ki, may ayında ölkə parlamenti yanvar ayında prezident Devid Adeanq tərəfindən təklif edilən ölkənin adının dəyişdirilməsi ilə bağlı konstitusiya düzəlişini təsdiqləyib.
D.Adeanq sosial şəbəkə səhifəsində bildirib ki, referendum keçirməmək qərarı Naoeronun yeni bir ad olmadığı faktını diqqətlə nəzərdən keçirdikdən sonra verilib.
Digər tərəfdən, hakimiyyət orqanları bildirib ki, ad dəyişikliyi millətin irsini, dilini və unikallığını daha yaxşı əks etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Naoeronun təxminən 11 000 əhalisi və 21,3 kvadrat kilometr ərazisi var. Naoero Yer kürəsində ən kiçik müstəqil respublika olmaqla yanaşı, həm də ən kiçik ada dövlətidir.

DİGƏR XƏBƏRLƏR

Top