ABŞ-də F-35 qəzaya uğradı


Miramar Hərbi Hava Qüvvələri Bazası yaxınlığında (Kaliforniya ştatı) ABŞ Dəniz Piyadaları Korpusuna məxsus beşinci nəsil F-35B qırıcı təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı bazanın mətbuat xidəmti məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 21:00) baş verib.
Məlumata görə, təyyarə qəzaya uğradıqdan sonra alovlanıb. Yanğınsöndürmə briqadaları təyyarənin qalıqlarında baş verən yanğını köpüklə söndürüb. Qəza nəticəsində ətraf ərazidə yaranan otlaq yanğını da nəzarət altına alınıb.
Pilotun katapultasiya etməyi bacardığı bildirilir. Onun vəziyyəti və ya hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrində A sinifli hadisələr 2 milyon dollardan çox maddi ziyanla nəticələnən ciddi qəzalar kimi müəyyən edilir.
Bir F-35-in orta qiyməti 80 milyon dolları keçə bilər.

DİGƏR XƏBƏRLƏR

Top