
Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binada aparılan tikinti işlərindən narahatdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə xezerxeber.az məlumat yayıb.
Sakinlərin sözlərinə görə, yaşadıqları binanın altındakı ticarət mərkəzinə metrodan keçid inşa edilir.
Özünü binanın komendatı kimi təqdim edən İsa Talıblı məsələ ilə bağlı bildirib ki, tikintinin getdiyi ərazi binaya deyil, metroya aiddir və bunun binaya heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən sorğuya cavab olaraq bildirildi ki, “Həzi Aslanov” stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, “Bakı Metropoliteni”nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Ətraflı videomaterialı təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz