
İtaliya İspaniyanın Seuta anklavına qanunsuz immiqrant axını səbəbindən İspaniya ilə Şengen Sazişini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli ANSA və “La Stampa” nəşrləri məlumat yayıb.
Bildirilib ki, bu qərarı İtaliya Daxili İşlər Nazirliyi verib.
Praktikada Şengen Sazişinin dayandırılması İtaliyanın İspaniya ilə dəniz və hava sərhədlərini bağlaması deməkdir (iki ölkə arasında quru sərhədi yoxdur). İtaliya Daxili İşlər Nazirliyi həmçinin Fransa ilə quru sərhədi boyunca təhlükəsizliyin artırılmasını əmr edib.
Daha əvvəl İtaliyanın Baş naziri Giorgia Meloni İspaniya hakimiyyətini Seutada baş verənlərə görə kəskin şəkildə qınamışdı. Onun sözlərinə görə, şəhərdən çəkilən görüntülər nəzarətsiz qanunsuz immiqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyinə konkret təhdid yaratdığını bir daha sübut edir. Meloninin tənqidinə cavab olaraq İspaniyanın Baş naziri Pedro Sançes bildirib:
“İndi bölünmə vaxtı deyil. İndi güclü və vahid Avropa İttifaqı qurmağa davam etməyin vaxtıdır”.
O, həmçinin qanunsuz miqrantların Ai-yə daxil olmasının ən çox yayılmış yolunun İtaliyadan keçdiyini göstərən statistikaya istinad edib.
Tətbiqimizi yükləyə bilərsiniz