
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər paylaşılıb. Yanğının “Port Baku”da baş verdiyi bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz