
Rusiyada dövlət ittihamçısı azərbaycanlı bloger Hüseyn Həsənovun çirkli pulların yuyulması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl (təxminən 3.3 milyon manat) cərimələnməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, o, beynəlxalq axtarışda olduğu və ölkə xaricində gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir.
İstintaqın iddiasına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.
Məlumata görə, Həsənov sonradan Federal Vergi Xidməti qarşısındakı vergi borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilsə də, çirkli pulların yuyulması ittihamı qüvvədə saxlanılıb.
Hazırda BƏƏ-də yaşadığı ehtimal edilən bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rubla yaxın ödəniş edərək borcunu tam bağlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz