Belqrad yaxınlığında çamadanda rus qadının cəsədi tapıldı


Rusiya vətəndaşının çamadanda gizlədilmiş cəsədi Belqradın ucqar Padinska Skela məhəlləsində tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Serbiyanın “Telegraf” portalı məlumat yayıb.
Bildirilib ki, şübhəli çamadan 30 iyul axşamı yerli sakinlər tərəfindən kanalda aşkar edilib. Çağırışa cavab verən polis əməkdaşları cəsədi aşkar edib, müayinə aparıblar.
Qeyd edək ki, Padinska Skela inzibati olaraq Serbiya paytaxtının bir hissəsidir, lakin ərazi az məskunlaşıb, Dunay çayının əsas şəhərdən o biri tərəfində və Belqradın mərkəzindən xeyli uzaqda yerləşir.
Nəşrin məlumatına görə, qurban 25 iyulda yoxa çıxan Rusiya vətəndaşı Lyudmila Turkovadır. Rusiya vətəndaşının qətlində şübhəli bilinən bir neçə nəfər, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top