
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın bir təchizat zabitini və bir komandirini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında bir neçə əraziyə zərbə endirərək HƏMAS terror təşkilatının logistika üzrə zabiti Məhəmməd əl-Əbədi və HƏMAS terror təşkilatının komandiri Əhməd Main Məhəmməd Ənkarı zərərsizləşdirib”, - məlumatda bildirilib.
Ordu mətbuat xidmətinin məlumatına görə, Əl-Əbəd Qəzza zolağına silah qaçaqmalçılığına və qaçaqmalçılıq tunellərinin tikintisinə kömək etməklə yanaşı, HƏMAS-ın hərbi bölmələrinə silah təchizatı ilə məşğul olub.
Tətbiqimizi yükləyə bilərsiniz