“Santos”un muzeyində Neymarın büstü qoyuldu – Fotolar


“Santos” klubunun muzeyində klubun yetirməsi və əfsanəsi Neymarın büstü qoyulub.  
Yeniavaz.com
xəbər verir ki, oyunçunun özü açılış mərasimində iştirak edib.
Tədbirdən fotolar klubun sosial şəbəkə səhifəsində dərc olunub.
Qeyd edək ki, Neymar 2025-ci ildə doğma klubu “Santos”a qayıdıb və müqaviləsi bu ilin dekabr ayının sonuna qədər uzadılıb. 2026-cı ildə hücumçu komandada 16 oyunda 8 qol vurub.
Neymar “Santos”dan başqa “Barselona”, PSJ və “Əl-Hilal”da oynayıb.
Neymar həmçinin Braziliya millisinin tarixində ən çox qol vuran oyunçudur. O, Braziliya millisində 130 oyunda 80 qol vurub.


DİGƏR XƏBƏRLƏR

Top