
Bu il aprelin 1-dən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü reallaşıb və baş tutan hərraclar çərçivəsində ümumilikdə 303 milyon dollar satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Taleh Kazımov qeyd edib ki, 2026-cı ilin ilk yarısında Mərkəzi Bank tərəfindən hərraclar vasitəsilə 757 milyon dollar satılıb.
Vurğulanıb ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard dollar, 2024-cü ilin ilk altı ayında isə 3,7 milyard dollar olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz