
“Arsenal” klubu braziliyalı cinah yarımmüdafiəçisi Vinisius Junior üçün “Real Madrid”ə transfer təklifi göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Article” qəzeti məlumat yayıb.
Məlumata görə, London klubu oyunçunun transferi üçün 105 milyon funt sterlinqdən (təxminən 123 milyon avro) çox pul təklif etməyə hazırdır.
Lakin “Real Madrid” 26 yaşlı futbolçunun satışından təxminən 137 milyon funt sterlinq (təxminən 160 milyon avro) qazanmağı gözləyir.
Nəşrin məlumatına görə, “Arsenal” oyunçu transfer olunacağı təqdirdə onun imic hüquqlarının 100%-ni saxlamağa razılaşıb. “Real Madrid” isə müqaviləsini yeniləyəcəyi təqdirdə bu hüquqların yalnız 80%-ni saxlamaq istəyir. Vinisius həmçinin Madrid klubu ilə müqaviləsini yeniləyəcəyi təqdirdə imza bonusunu artırmağı nəzərdə tutur.
Qeyd edək ki, 26 yaşlı Vinisiusun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Vinisius 2018-ci ildən bəri Madrid klubunda oynayır. O, “Real Madrid”də ümumilikdə 375 oyun keçirib, 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Transfermarkt” portalına görə, Vinisiusun transfer qiyməti 140 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz