ABŞ vətəndaşlarına Türkiyə xəbərdarlığı: Terror təhlükəsi var

ABŞ Dövlət Katibliyi rəsmi saytında ölkə vətəndaşlarına Türkiyəyə planlaşdırdıqları səfərləri yenidən nəzərdən keçirməyi tövsiyyə edirək xəbərdarlıq edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Katibliyi ABŞ vətəndaşlarını artan terror hadisələrinə diqqət çəkərək Türkiyənin cənub-şərq bölgəsinə getməkdən çəkinmələrini tövsiyyə edib. Bundan başqa, ABŞ dövlət məmurlarının İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə ediləcək rəsmi səfərləri məhdudlaşdırılıb. Dövlət Katibliyi Türkiyədə terror hücumlarının böyük tədbirlər, turistlərin çox olduğu yerlər, restoranlar, gecə klubları, ibadətxanalar və müxtəlif nəqliyyat mərkəzlərinə edildiyini və xüsusilə də əcnəbilərin cinayət və adam oğurluğu hallarında hədəf alındığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top