“Toyota” yenə ən çox satılan avtomobil oldu


Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor” şirkəti 2026-cı ilin birinci yarısında satış həcminə görə qlobal miqyasda lider mövqeyini qoruyub.
Yeniavaz.com
xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, “Toyota Motor” “Daihatsu” və “Hino Motors” şirkətləri ilə birlikdə 5,39 milyondan çox avtomobil satıb.
“Toyota Motor”un əsas rəqibi olan Almaniyanın “Volkswagen Group” şirkətinin satışları isə hesabat dövründə təxminən 4,12 milyon avtomobil təşkil edib.
Yaponiya şirkəti ardıcıl yeddinci ildir ki, qlobal satışlarda birinci yeri tutur. Statistikaya görə, onun ən çox satılan avtomobilləri benzin-elektrik hibrid avtomobilləridir. Bununla belə, “Toyota Motor”un 2026-cı ilin yanvar-iyun aylarında satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb. Bu, ilk növbədə Fars körfəzi böhranı fonunda Yaxın Şərqdə tələbatın zəifləməsi, eləcə də Çində satışların azalması ilə əlaqədardır.

DİGƏR XƏBƏRLƏR

Top