Amerika şirkətləri Trampın layihələrinə nə qədər ianə edib? – Açıqlandı


ABŞ Prezidenti Donald Tramp Ağ Evin bal salonunun tikintisi də daxil olmaqla, “sevimli” qeyri-kommersiya layihələri üçün Amerikanın böyük şirkətlərindən 800 milyon dollardan çox ianə toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, Amerika şirkətlərindən ianələri ABŞ Prezidentinin “Trump Media” şirkətinin idarə heyətinin üzvü Meredit O'Rurk toplayır.
Mənbələr qeyd edir ki, Tramp O'Rurku sahibkarlara təzyiq göstərmək qabiliyyətinə görə “qaranlıq şahzadəsi” adlandırır.
Onalrın sözlərinə görə, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri “SoftBank” prezident kitabxanasına 50 milyon dollardan çox ianə edib. “Apple” Ağ Evin bal salonu layihəsinə təxminən 25 milyon dollar, “Microsoft” və “Amazon” isə Amerika liderinin layihələrinə təxminən 15 milyon dollar bağışlayıb.
“Meta” isə prezidentin layihələrinin əsas donorlarından biridir və Amerika liderinin layihələrinə on milyonlarla dollar ayırır.
Qəzetin hesablamalarına görə, şirkət bu günə qədər Trampın layihələrinə təxminən 60 milyon dollar ianə edib. Hətta “Meta” rəhbərliyinin ABŞ Prezidentinin istəklərini yerinə yetirmək üçün maliyyə strategiyasını müntəzəm olaraq tənzimlədiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top