Texnologiya nəhənglərinin süni intellekt investisiyaları 1 trilyon dolları keçdi


Ən böyük dörd texnologiya şirkəti tərəfindən (“Amazon”, “Microsoft”, “Google” və “Meta”) süni intellekt texnologiyalarına qoyulan kapital 2023-cü ildə bu sahədəki bumun başlanğıcından bəri 1,1 trilyon dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti bu şirkətlərin hesabatlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, bu cür kapital qoyuluşları onların süni intellekt ambisiyalarının miqyasını əks etdirir.
Bildirilib ki, bu, həm də həmin şirkətlərin məlumat mərkəzləri, hesablama sistemləri və s. kimi fiziki infrastrukturlara qarşı sərmayələrinin sürətlə artdığını göstərir.
FT-nin məlumatına görə, dördlük 2026-cı ildə bu infrastukturlara, həmçinin, onların işlədilməsi üçün elektrik enerjisinə 745 milyard dollar xərcləməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top