
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner avqustun ikinci yarısı Ukraynaya səfər edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Trampa istinadla məlumat yayıb.
Tramp FT-yə bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsinə son qoymaq əsas diqqət mərkəzində olan məsələdir.
“Sadə dillə desək, biz Ukrayna ilə Rusiya arasındakı müharibənin bitməsini istəyirik. Biz raketlərdə deyil, sülhdə maraqlıyıq”, - deyə ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, səfər baş tutsa, bu onların Kiyevə ilk səfəri olacaq.
Səfər çərçivəsində həmçinin, Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlər keçiriləcəyi bildirilir.
FT-nin məlumatına görə, səfərin ABŞ-nin münaqişənin həlli üçün diplomatik səylərinə yeni təkan verəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz