ABŞ senatoru Netanyahunu şortla qarşıladı – Video


İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqton səfəri zamanı ABŞ senatoru Con Fettermanla görüşündə maraqlı hadisə yaşanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, senator Netanyahu ilə görüşə şortla gəlib.
Belə ki, Fetterman Baş nazirlə görüşdə kostyum əvəzinə, şort və idman ayaqqabısı geyinməyi seçib. Bununla yanaşı, danışıq əsnasında telefonla oynaması da gözdən yayınmayıb.
Həmin anları əks etdirən kadrlar sosial mediada yayılıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, diplomatik görüşlər üçün Vaşinqtona səfəri zamanı Netanyahu ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə də görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top