Tramp “Patriot”un lisenziyasını Ukraynaya verməyə bilər


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya “Patriot” raket sistemlərinin istehsalı üçün lisenziya verib-verməyəcəyinə əmin olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Financial Times” qəzetinə verdiyi müsahibə zamanı danışıb.
“Patriot” çox qeyri-adi silahdır, ona görə də kimə lisenziya verdiyinə diqqət yetirməlisən. Biz bu cür avadanlıqların istehsalı üçün yalnız patentlər vermirik”, - Tramp bildirib.
ABŞ prezidenti diqqətinin Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəldiyini vurğulayıb.
O, həmçinin Cared Kuşner və Stiv Uitkoffun yaxın günlərdə Ukraynaya səfər edəcəyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top