Sabah Moskvada Suriya müxalifəti ilə Rusiya arasında danışıqlar olacaq

Yanvar ayının 27-də Suriyanı təmsil edən bəzi müxalifət rəsmilərinin Moskvaya səfəri gözlənilir. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlardan məqsəd Suriya probleminin həlli ilə bağlı Astanada Türkiyə, İran Rusiya, həmçinin Əsəd rejimi və müxalifət nümayəndələri arasında keçirilən görüşün nəticələrini bir daha müzakirə etməkdir. Tərəflər müzakirələr zamanı bununla bağlı ortada olan fikir ayrılıqlarını aradan qaldırmaq və bu məsələdə ortaq məxrəcə gəlmək yollarını bir daha nəzərdən keçirəcəklər. Öz növbəsində Rusiya Xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib ki, Suriya müxalifəti rəsmiləri ilə görüş Sergey Lavrovun təşəbbüsü ilə baş tutacaq. Lavrov isə Suriya probleminin həllinə yönələn Astana görüşünü yüksək qiymətləndirsə də, hələ bununla bağlı xeyli işlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top