Minlərlə mərakeşli üzərək İspaniya anklavına çıxıb – Video


Ötən gün – iyulun 30-da Mərakeşdən olan minlərlə miqrant üzərək İspaniyanın Şimali Afrikadakı Seuta anklavına çıxıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə mərakeşlilərin Seutaya çıxmasını əks etdirən onlarla kadr yayılıb.
BBC yazır ki, İspaniya hökuməti bölgədə təhlükəsizliyi gücləndirmək üçün hərbçilər göndərib.
Məlumata görə, Seutaya çatmağa çalışan ən azı 15 nəfər boğularaq həlak olub:
“Son vaxtlar qanunsuz keçid cəhdlərinin artmasından sonra yerli hakimiyyət Madridə kömək üçün müraciət edib. Lakin cümə axşamı sərhəd nəzarətinin faktiki olaraq iflasa uğraması fonunda bölgədə xaotik vəziyyət yaranıb.
İspaniya Ali Məhkəməsi bu ay qərar verib ki, Seuta və ya digər İspaniya anklavı Melilyaya dəniz yolu ilə keçməyə çalışan miqrantlar saxlanıldıqdan sonra dərhal Mərakeşə geri qaytarıla bilməz.
İspaniyanın Daxili İşlər Nazirliyi insan alveri şəbəkələrini bu qərardan istifadə edərək qanunsuz miqrant axınını təşviq etməkdə ittiham edib”.
Qeyd edək ki, Mərakeşin şimal sahilində yerləşən Seuta Cəbəllütariq boğazı ilə İspaniyadan ayrılır və uzun illərdir Avropaya çatmağa çalışan miqrantların əsas keçid məntəqələrindən biri hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top