Sadır Japarov İlham Əliyevi rəsmi qarşılayıb


Qırğızıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top