“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək


UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ÇSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Vasil Levski” stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər.
Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə də qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) meydan sahibləri avroliqanın III təsnifat mərhələsinə yüksəliblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top