
Raduşnayada böyük bir ailənin üzvlərinin ölümünə səbəb olan zərbə Rusiya qüvvələri tərəfindən Şimali Koreya ballistik raketi ilə həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Zelenski qeyd edib ki, bu məlumatlar ilkindir:
“Əlbəttə ki, əlavə araşdırmalar aparılacaq və hər şey təsdiqlənəcək, amma hazırda olan məlumata görə, bu, Şimali Koreya ballistik raketi idi. Moskvanın alcaqları ilə Şimali Koreyadakı dəli rejimin ittifaqı raketlərinin Avropada, sərhədlərimizdə Şimali Koreya kontingentinin olması və ukraynalı uşaqlarımızın öldürülməsi naminədir”.
Xatırladaq ki, bu gün Rusiyanın zərbəsi nəticəsində Krivoy Roq yaxınlığında böyük bir ailəyə məxsus evə raket düşüb düşüb. Ana, ata və dörd uşaq həlak olub. Dağıntılar altında daha üç nəfər axtarılır.
Tətbiqimizi yükləyə bilərsiniz