“Zirə” UEFA Konfrans Liqası ilə vidalaşdı


UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə” - “Payde” (Estoniya) matçı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən görüşdə hesab bərabər olub - 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
Qeyd edək ki, ilk matçda “Payde” doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top