Brendlərin sosial mediasında uşaq selfiləri − Trend hardan başlayıb?


Şirkətlərin sosial media hesablarını təsvirsiz paylaşılan bulanıq uşaq selfiləri bürüyüb.
Yeniavaz.com
xəbər verir ki, bir şirkətdə təsadüfən baş verən adi hadisə qısa müddətdə qlobal trendə çevrilərək yerli brendlərə də çatıb.
Trendin başlanğıcı Səudiyyə Ərəbistanının “Sahaba Abaya” geyim brendinin rəsmi İnstaqram səhifəsində yaşanan hadisə olub. Şirkət sahibinin azyaşlı övladı nəzarətsiz qalan telefonu götürərək rəsmi hesabda bulanıq bir selfi paylaşıb. Paylaşımın təsvir hissəsində “مسيييييخزذذتمر. ي” yazılıb ki, bu da hər hansı məna daşımayan, təsadüfi hərflər toplusudur.
Adətən belə paylaşımlar ənənəvi marketinq praktikasında dərhal silinir və SMM komandası bununla bağlı xəbərdarlıq alır. Lakin “Sahaba Abaya” paylaşımı silməmək qərarına gəlib və onu lentdə saxlayıb.
İzləyicilər hadisəni yumorla qarşılayaraq paylaşımın altında “Telefonu anana qaytar” və “Anana de ki, endirim etsin” kimi zarafat xarakterli şərhlər yazıblar.
Auditoriyanın müsbət reaksiyasını görən digər regional şirkətlər də qısa zamanda bu formatı tətbiq etməyə başlayıb.
Daha sonra trendə regionun beynəlxalq brendləri də qoşulub. Onların arasında “McDonald’s Qatar”, “IKEA Bahrain”, “IKEA Kuwait”, “Domino’s KSA”, “Jetour Qatar”, “Nissan Saudi” və digər tanınmış şirkətlər yer alır.
 

DİGƏR XƏBƏRLƏR

Top