ATƏT MQ-nin keçmiş həmsədri Azərbaycanı günahlandırb

"Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn cəhdlər 20 ildən artıqdır davam edir və bunun üçün yenə də illər tələb olunur. Əgər Ermənistan tərəfi vasitəçilərin təklifləri üzərində işləməyə hazır olduqlarını nümayiş etdirirlərsə, Azərbaycan buna hər vasitə ilə mane olmağa cəhd edir". "Yeniavaz.com"un Nevvs.am-a istinadən verdiyi məlumata görə bu sözləri ATƏT MQ-nin keçmiş həmsədri Vladimir Kazimirov deyib. O "Nezavisimaya qazeta"da münaqişənin həllinə həsr etdiyi məqaləsində Azərbaycanı problemi hərbi yolla həll etmək cəhdində günahlandırb. Kazimirov hətta daha uzaqlara gedərək Azərbaycanı 1991-1994-cü illərdə baş verənlərdən nəticə çıxarmamaqda günahlandırıb. Bu isə Kazimirov tərəfindən açıq şəkildə Azərbaycanın hədələnməsi deməkdir. Qeyd edək ki, ermənilər həmişə çətin vəziyyətə düşəndə Kazimirovn böhtan və şər maşınını işə salırlar. Vaxtı ilə mərhum politoloq Vəfa Quluzadə də Kazimirovun ermənilərin pulu və sifarişi ilə danışdığını bildirmişdi....

DİGƏR XƏBƏRLƏR

Top