ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlar davam edir


ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlar davam edir və Pakistan İslamabad Memorandumunun şərtlərinə əməl olunmasını təmin etmək üçün əlindən gələni edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Tahir Andrabin bildirib.
“Əlavə edim ki, tərəflər arasında danışıqlar, xüsusən də Hörmüz boğazında vəziyyətin normallaşdırılması və vəziyyətin gərginliyinin azaldılması məqsədi ilə davam edir”, - deyə o, qeyd edib.
Diplomat həmçinin qeyd edib ki, Pakistan bütün fikir ayrılıqlarını İslamabad Memorandumunun və 22 iyun tarixli Pakistan-Qətər birgə bəyanatının ruhuna uyğun olaraq həll etmək üçün hər cür səy göstərir.
O, ABŞ və İranı təmkinli olmağa və texniki səviyyədə danışıqları bərpa etmək öhdəliklərinə əməl etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top