Suriya müxalifəti kürd muxtariyyətinin yaradılmasının yer aldığı konstitusiyanı qəbul etmədi

Suriya müxalifəti Rusiyanın Astanada Suriya danışıqları zamanı təklif etdiyi ölkə konstitusiyası layihəsini rədd edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu müxalifətin danışıqlardakı nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi deyib. O bildirib: “Biz onlara (ruslara) dedik ki, Suriya konstitusiyasını yazmağa yeganə hüququ olan Suriya xalqıdır. Pol Bremerin (prezident kiçik Corc Buşun 2003-2004-cü illərdə İraqda səlahiyyətli nümayəndəsi) İraqda təcrübəsi olduqca səciyyəvidir: konstitusiya digər ölkə tərəfindən yazılanda o işləməyəcək”. Silahlı müxalifətin nümayəndə heyətinə yaxın mənbə deyib ki, konstitusiya layihəsi suriyalılara ikinci il müddətinə yenidən seçmə imkanı vermədən prezidenti 7 il müddətinə seçilməsini təklif edir. Sənəd, həmçinin prezidentin səlahiyyətlərinin ikipalatalı parlamentin xeyrinə bölüşdürlməsini nəzərdə tutur. Bundan başqa, Rusiyanın təklifləri arasında kürd muxtariyyətinin yaradılması da var. Konstitusiya layihəsi şəriəti hüququn mənbəyi kimi qəbul etmir.

DİGƏR XƏBƏRLƏR

Top