Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum – Ən azı 9 polis həlak oldu


Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində ən azı 9 polis əməkdaşı həlak olub, 28 polis əməkdaşı yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Əyalətin baş polis müfəttişi Zülfüqar Həmidin sözlərinə görə, qadağan olunmuş “Fitnə əl-Xəvaric” qrupunun (əvvəllər Təhrik-i-Taliban Pakistan” kimi tanınırdı) silahlı üzvləri Hanqu rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
O, əlavə edib ki, polisin cavab tədbirləri nəticəsində 15 terrorçu öldürülüb, daha bir neçəsi isə yaralanıb.
Qeyd edək ki, Əfqanıstanla həmsərhəd olan Xayber Paxtunxva və Bəlucistan əyalətləri 2025-ci ildə Pakistanda baş verən terror hücumlarının 90%-ni əhatə edib. Hər iki bölgədə müxtəlif silahlı qruplar etnik azlıqların - puştuların və bəlucların hüquqlarını qorumaq bəhanəsi ilə Pakistan təhlükəsizlik qüvvələrinə və mülki əhaliyə hücumlar həyata keçirirlər. İslamabad Əfqanıstan hökumətini yaraqlılara təhlükəsiz sığınacaq verməkdə ittiham edir.

DİGƏR XƏBƏRLƏR

Top