
Avropa futbol rəsmiləri Fransanın “Pari Sen Jermen” futbol klubunun prezidenti Nasser Əl-Xelayfinin Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəhbəri vəzifəsinə namizədliyini nəzərdən keçirirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat verib.
Onların sözlərinə görə, Əl-Xelayfinin namizədliyi ilə bağlı danışıqlar 2026-cı il Dünya Kuboku zamanı başlayıb.
Adı çəkilməyən bir Avropa rəsmisi bildirib ki, PSJ prezidentinin namizədliyi ilə bağlı bütün ulduzlar eyni fikirdədirlər.
Əl-Xelayfinin nümayəndələri isə öz növbəsində nəşrə bildiriblər ki, onun FIFA ilə bağlı heç bir ambisiyası, heç bir niyyəti və ya marağı yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz