Netanyahu Trampla İrana qarşı üç mümkün ssenarini müzakirə edib – “Reuters”


İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla bağlı üç mümkün ssenarini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton İranla güzəşt sazişi, davamlı blokada və iqtisadi təzyiq və ya tammiqyaslı hərbi əməliyyat kimi ssenariləri nəzərdən keçirir.
Mənbələr bildiriblər ki, danışıqlar zamanı Netanyahu Trampa məzmunu açıqlanmayan bir sıra alternativ variantlar təqdim edib. O, Amerika Prezidentinə İsrailin Vaşinqtondan son qərarı gözlədiyini açıq şəkildə bildirib.
İsrailli mənbələrdən biri qeyd edib ki, İranla mövcud münaqişədə Tramp “böyük tərəfdaş”, Netanyahu isə “kiçik tərəfdaş” rolunu oynayır.

DİGƏR XƏBƏRLƏR

Top