
Baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin yeni parlamentin iclasından əvvəl istefa verəcəyini bildirib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, o bu barədə hökumətin istefadan əvvəlki son iclasında qeyd edib.
“Bu, hökumətimizin bu tərkibdə sonuncu müntəzəm iclasıdır. Konstitusiyaya əsasən, biz bazar günü istefa verəcəyik, bundan sonra respublika prezidenti parlament çoxluğu tərəfindən seçilmiş namizədi baş nazir təyin edəcək. Buna görə də, bu tərkibdə sonuncu dəfə görüşürük”, - deyə Ermənistanın Baş naziri bildirib.
O, həmçinin bildirib ki, bir neçə kabinet üzvü qanunverici orqanın üzvləri kimi işlərini fərqli bir vəzifədə davam etdirəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz